Həkim: "Habil Əliyev danışmağa başlayıb"

Həkim: "Habil Əliyev danışmağa başlayıb" "Hər ötən gün müsbətə doğru dəyişikliklər nəzərə çarpır"
İncəsənət
20 Avqust , 2015 11:26
Həkim: Habil Əliyev danışmağa başlayıb

Bakı. 20 avqust. REPORT.AZ/ "Azərbaycanın xalq artisti, kaman ustadı Habil Əliyevin sağlıq durumu stabildir. Hər ötən gün müsbətə doğru dəyişikliklər nəzərə çarpır".

Bunu "Report" a açıqlamasında Mərkəzi Klinik Xəstəxananın reanimatoloqu, xalq artistinin həkimi Səbinə Qasımova deyib.

Həkimin sözlərinə görə, Habil Əliyev süni tənəffüs aparatından ayrılıb. Amma ağciyər çatışmazlığı olduğu üçün gün ərzində bir neçə dəfə süni tənəffüs aparatına qoşulur: "Hazırda vəziyyəti stabildir. Ciddi dəyişikliklər qeydə alınmayıb. Qısa cümlələr deyə bilir. Hazırda ailə üzvləri yanındadır. Ümid edirik ki, gün keçdikcə Habil müəllimin vəziyyəti tam yaxşılaşacaq".

Xatırladaq ki, xalq artisti Habil Əliyev Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. 88 yaşlı sənətkar ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. 

Son xəbərlər

Orphus sistemi