“Hekayəti xırs quldurbasan” komediyası 100-cü dəfə nümayiş etdiriləcək

“Hekayəti xırs quldurbasan” komediyası 100-cü dəfə nümayiş etdiriləcək Tamaşanın ilk premyerası 2009-cu ildə olub
İncəsənət
12 Noyabr , 2015 18:58
“Hekayəti xırs quldurbasan” komediyası 100-cü dəfə nümayiş etdiriləcək

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı M.F.Axundovun “Hekayəti xırs quldurbasan” komediyasını noyabrın 13-də 100-cü dəfə nümayiş etdirəcək.

“Report” xəbər verir ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Tamaşanın ilk premyerası 2009-cu ildə olub. 

M.F.Axundovun ölməz komediyalarından olan “Hekayəti xırs quldurbasan” tamaşasının quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirovdur.

Səhnə əsərində əsas obrazları əməkdar artistlər Qurban İsmayılov, Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Nübar Novruzova, Leyli Vəliyeva, aktyorlar Elnur Kərimov, Elşən Hacıbabayev, Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edir. 

Son xəbərlər

Orphus sistemi