“Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib

“Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib Xocalı faciəsi Teatr Muzeyində yad edilib
İncəsənət
26 Fevral , 2015 16:41
“Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı faciəsinin 23-cü ildönümü Cəfər Cabbarlı adına Teatr Muzeyində qeyd edilib.

“Report” xəbər verir ki, muzeydə E.Mirzəyev adına 6 saylı xüsusi internat məktəbi və Xəzər rayon Türkan qəsəbə mədəniyyət evi ilə birlikdə “Heç kim və heç nə unudulmur” - adlı tədbir keçirilib.

Tədbirdə E.Mirzəyev adına 6 saylı xüsusi internat məktəbinin şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş şer kompozisiyası, vətənpərvərlik mövzusunda muğamlar səslənib, muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Xocalı faciəsinin şahidləri, Azərbaycan Maliyyə və İqtisad Kollecinin tələbələri, paytaxt muzeylərinin əməkdaşları iştirak edib.

Son xəbərlər

Orphus sistemi