"Walt Disney"in ekranlara çıxmayan filmi hakerlər tərəfindən oğurlanıb

"Walt Disney"in ekranlara çıxmayan filmi hakerlər tərəfindən oğurlanıb Kibercinayətkarlar onun əvəzində pul tələb etsələr də, rədd cavabı alıblar
İncəsənət
16 May , 2017 05:43
Walt Disneyin ekranlara çıxmayan filmi hakerlər tərəfindən oğurlanıb

Bakı. 16 may. REPORT.AZ/ "Walt Disney" şirkətinin hələ ekranlara çıxmayan filmi haker hücumuna məruz qalaraq oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bob Ayqerə istinadən "The Hollywood Reporter" məlumat yayıb.

Direktorun sözlərinə görə, kibercinayətkarlar bunun əvəzində ondan pul tələb etsələr də, rədd cavabı alıblar. Eyni zamanda Ayqer, söhbətin məhz hansı filmdən getdiyini açıqlamayıb.

"Deadline" portalının məlumatına görə, kibercinayətkarlar hələ prokatlara çıxmayan "Karib dənizinin quldurları: ölülər nağıl danışmırlar" filmini oğurlamağa müvəffəq olduqlarını bildiriblər.

Mayın 12-də "WannaCry" virusundan istifadə yolu ilə genişmiqyaslı haker hücumunun baş verdiyi məlum olub. Kiberhücuma onlarla ölkənin şirkət və müxtəlif idarələri məruz qalıb.

Son xəbərlər

Orphus sistemi