Hacı Xanməmmədovun əsərlərindən ibarət konsert olacaq

Hacı Xanməmmədovun əsərlərindən ibarət konsert olacaq Konsert ilin sonunda Milli Konservatoriyada keçiriləcək
İncəsənət
11 Dekabr , 2015 10:10
Hacı Xanməmmədovun əsərlərindən ibarət konsert olacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, əməkdar incəsənət xadimi, mərhum bəstəkar Hacı Xanməmmədovun əsərlərindən ibarət konsert olacaq.

Bu barədə "Report"a Milli Konservatoriyadan məlumat verilib.

Konsert proqramı dekabrın 29-da Milli Konservatoriyanın böyük zalında keçiriləcək.

Xatırladaq ki, xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni laureatı Hacı Xanməmmədov 1918-ci ildə Dərbənd şəhərində anadan olub. 14 yaşında Bakıya gələn H.Xanməmmədovun Üzeyir bəy Hacıbəyli ilə tanışlığı onun gələcək taleyini müəyyənləşdirib.

H.Xanməmmədov "Azərbaycan eskizləri", "Bayram" süitaları, rəqslər "Simfoniyetta"da əsərləri ilə yanaşı,  həm də gözəl mahnılar müəllifidir. Onun 150-dən çox mahnısı görkəmli müğənnilərin repertuarında layiqli yer tutur. Bu mahnıların mətnini Aşıq Ələsgər, Mikayıl Müşfiq kimi görkəmli şairlərin şeirləri təşkil edir. "Yaşa könül", "Arzuya bax, sevgilim", "Yadıma düşdü", "Gözünə qurban", "Güllü", "Ceyran", "Getmə, amandır", "Oxu, sevgilim" və s. mahnıları bu gün də, səslənir və sevilir.

Tanınmış bəstəkar 2005-ci il aprelin 7-də 87 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi