Yuxarı

Hacı Murad Yagizarovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Tamaşaçılar arasında Milli Məclisin vitse-spikeri Bahar Muradova, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev də olub

Bakı. 13 noyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus  Dram Teatrında xalq artisti, "Şöhrət" ordenli Hacı Murad Yagizarovun 75 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.

"Report" xəbər verir ki, ənənəvi yubiley və yaradıcılıq gecələrindən fərqli olaraq, Hacı Murad Yagizarov səhnədə yeni tamaşasını təqdim edib. V.Stupinskinin "Taraq" əsərinin motivləri əsasında hazırlanan "Artist və onun kölgəsi" tamaşasının premyerasında 75 yaşlı aktyor   tamaşada rol ifa etməklə yanaşı, həm də  gitaranın müşayiəti ilə şanson oxuyub.

Tamaşaçılar arasında Milli Məclisin vitse-spikeri Bahar Muradova ailə üzvləri ilə birlikdə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət, tanınmış sənət xadimləri, elm və mədəniyyət nümayəndələr, millət vəkilləri olub.

Tamaşanın nümayişindən yubilyarın  yenicə çapdan çıxmış "Yaddaşımın dalğaları ilə" kitabının imza mərasimi olub.

Xalq artisti Hacı Murad Yagizarov "Report"a açıqlamasında təqdimatı keçirilən kitabın onun həyat hekayəsi olduğunu bildirib: " Düşüncələrimin, hisslərimin bir parçasıdır. Fikirləşdiyim, məni narahat edən duyğularımı kağıza köçürdüm. Bu kitab mənim oxucularıma və vəfalı tamaşaçılarıma hədiyyəmdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi