Habil Əliyevin xatirə gecəsinin tarixi dəyişdirilib

Habil Əliyevin xatirə gecəsinin tarixi dəyişdirilib Anım gecəsi noyabrın 21-də keçiriləcək
İncəsənət
3 Noyabr , 2015 12:39
Habil Əliyevin xatirə gecəsinin tarixi dəyişdirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Kaman ustadı, Azərbaycanın mərhum xalq artisti Habil Əliyevin Beynəlxalq Muğam Mərkəzində keçiriləcək xatirə gecəsinin tarixi dəyişdirilib.

Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Xatirə gecəsi noyabrın 13-də deyil, 21-də keçiriləcək.  

Mərasimdə Habil Əliyevin sənət dostları, ailə üzvləri, elm və mədəniyyət xadimləri iştirak edəcək.

Xatırladaq ki, Habil Əliyev sentyabrın 8-də dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi