Habil Əliyevin xanımı: "Həkimlər əllərindən gələni edirlər"

Habil Əliyevin xanımı: "Həkimlər əllərindən gələni edirlər" "Dünəndən süni şəkildə qidalandırılır"
İncəsənət
2 Sentyabr , 2015 14:05
Habil Əliyevin xanımı: Həkimlər əllərindən gələni edirlər

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Habil Əliyevin sağlıq durumu orta-ağır olaraq qalır. Ötən gecəni nisbətən sakit keçirən sənətkarın durumunda müsbətə doğru dəyişiklik yoxdur.

Bu barədə "Report"a Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib.

O qeyd edib ki, həyat yoldaşının vəziyyəti dünən gecə nisbətən babat olub: "Əvəvlki gecəni lap ağır keçirdi. Həkimlər sağ olsunlar, 24 saat yanında olurlar. Əllərindən gələni edirlər. Allah, özü köməyi olsun. Hərdən gözlərini açıb, baxır amma günün çox hissəsi yuxuda olur. Yaxşı demək olmaz. Vəziyyəti orta-ağır olaraq qalır. Dünəndən süni şəkildə qidalandırılır. Dualarınızı əskik etməyin".

Xatırladaq ki, 88 yaşlı Habil Əliyev ağciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda ev şəraitində müalicə olunur.  

Son xəbərlər

Orphus sistemi