Habil Əliyevin vəziyyəti ağırdır

Habil Əliyevin vəziyyəti ağırdır "Səhhətində heç bir irəliləyiş yoxdur"
İncəsənət
4 Sentyabr , 2015 09:52
Habil Əliyevin vəziyyəti ağırdır

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti Habil Əliyevin vəziyyəti ağırdır. Dünəndən səhhətində heç bir irəliləyiş yoxdur.

Bu barədə "Report"a xalq artistinin ailə üzvləri məlumat verib.

Ailə üzvləri bildirib ki, sentyabrın 3-də H.Əliyevin vəziyyəti daha da ağırlaşıb: "Komadadır. Heç bir irəliləyiş yoxdur. Həkimlər əllərindən gələni edirlər. Amma xeyiri yoxdur. Ailə üzvləri yanındadır".

Xatırladaq ki, ağciyər və ürək çatışmazlığından əziyyət çəkən Habil Əliyev sentyabrın 2-dən 3-nə keçən gecə komaya düşüb. 

Son xəbərlər

Orphus sistemi