Gürcüstanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib

Gürcüstanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib Bakı. 31 avqust. REPORT.AZ/ Gürcüstanın tanınmış aktyor və müğənnisi, 80 yaşlı Vaxtanq Kikabidze Tbilisidəki klinikalardan birinə yerləşdirilib.
İncəsənət
31 Avqust , 2018 15:53
Gürcüstanın tanınmış aktyoru xəstəxanaya yerləşdirilib
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Gürcüstanın tanınmış aktyor və müğənnisi, 80 yaşlı Vaxtanq Kikabidze Tbilisidəki klinikalardan birinə yerləşdirilib.

"Report" "Qovorit Moskva" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə jurnalistlər V.Kikabidzenin İosif Kobzonun dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə maraqlandıqda öyrəniblər.

"Heç kim məni dəfn mərasiminə dəvət etməyib. Hazırda xəstəxanadayam", - V.Kikabidze bildirib.

Xatırladaq ki, İ.Kobzonun dəfn mərasimi sentyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi