Gürcüstanda SSRİ xalq artistinin ulduzu yerə həkk edilib

Gürcüstanda SSRİ xalq artistinin ulduzu yerə həkk edilib Georgiy Daneliya: "Hələ yaradıcılığımın ciddi filmini ekranlaşdıra bilməmişəm"
İncəsənət
15 Oktyabr , 2015 20:49
Gürcüstanda SSRİ xalq artistinin ulduzu yerə həkk edilib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Şota Rustavelİ adına Tbilisi Dövlət Akademik Teatrının qarşısında SSRİ və Gürcüstanın xalq artisti, görkəmli kinorejissor Georgiy Daneliyanın ulduzu açılıb.

"Report" xəbər verir ki, ulduz Şota Rustavelinin adını daşıyan teatrın qarşısında yerə həkk edilib.

Rejissor səhhəti ilə əlaqədar olaraq mərasimdə iştirak edə bilməyib. Georgiy Daneliya həmvətənlərini videolent vasitəsilə təbrik edib. Vidoçarxda həmvətənlərinə rus və gürcü dillərində müraciət edən G.Daneliya deyib: "Səhhətimlə əlaqədar olaraq sizinlə ola bilmədim. Amma ruhum, ürəyim sizinlədir". 

Xatırladaq ki, 1930-cu ildə Tbilisidə dünyaya gələn görkəmli rejissor avqustda 85 illik yubileyini qeyd edib.

G.Daneliyanın filmləri ən gözəl, peşəkar ekran əsərləri kimi qızıl fondda saxlanılır. O, müsahibələrinin birində belə bir etiraf edib: "Bu qədər film çəkməyimə baxmayaraq, hələ yaradıcılığımın ciddi filmini ekranlaşdıra bilməmişəm"

Son xəbərlər

Orphus sistemi