Yuxarı

Gürcüstan teatrında Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış tamaşanın premyerası olub

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş hərbçilərin xatirəsi birdəqiqəlik sükutla yad olunub

Tbilisi. 4 aprel. REPORT.AZ/ Gürcüstanın Ozurqeti şəhərindəki Ozurqeti Dövlət Dram Teatrında Azərbaycanın xalq yazıçısı Elçinin "Şekspir" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. 

"Report"un məlumatına görə, teatrın bədii rəhbəri Vasili Çikoqidze bildirib ki, Ozurqeti Dövlət Dram Teatrı bu mövsümü Azərbaycan dramaturgiyasının parlaq nümunəsiylə açır: "Bu bizim xalqlarımız arasındakı dostluğun və qardaşlığın nümunəsidir".

Daha sonra teatrın bədii rəhbərinin təklifiylə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda, eləcə də aprelin 2-də şəhid olmuş Azərbaycan hərbçilərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. 

Vasili Çikoqidze "Report"a deyib ki, dost gürcü xalqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və zorakılığı, terroru pisləyir: "Biz Azərbaycan xalqının kədərini bölüşürük". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi