Gürcüstan teatrı Bakıya qastrola gəlir

Gürcüstan teatrı Bakıya qastrola gəlir Teatrın kollektivi Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində çıxış edəcək
İncəsənət
10 Noyabr , 2014 13:26
Gürcüstan teatrı Bakıya qastrola gəlir

Bakı. 10 noyabr. REPORT.AZ/ A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.

Səməd Vurğun adına Rus Dram Teatrının mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, dekabrın 7-də teatrın səhnəsində Gürcüstan Teatrının kollektivi L.N.Tolstoyun "Xolstomer. Atların tarixçəsi" adlı əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru, Gürcüstanın Dövlət Mükafatı laureatı Avtandil Varsimaşvili, rəssamı, Gürcüstanın əməkdar rəssamı, Ş.Rustaveli mükafatı laureatı Mirian Şvelidze, bəstəkar Zaza Korintelidir.

Xolstomer rolunu aktyor Valeriy Xaryutçenko ifa edir.

Qeyd edək ki, aktyor bu rola görə, "Qızıl Vityaz" XI-ci Beynəlxalq Teatr Forumunda qızıl diplomla təltif edilib.

Son xəbərlər

Orphus sistemi