Gülyaz və Gülyanaq Məmmədovaların muğam konserti keçiriləcək

Gülyaz və Gülyanaq Məmmədovaların muğam konserti keçiriləcək Xanəndələri “Xarı bülbül” muğam qrupu müşayiət edəcək
İncəsənət
6 Dekabr , 2016 16:50
Gülyaz və Gülyanaq Məmmədovaların muğam konserti keçiriləcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində dekabrın 15-də xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının solo konserti keçiriləcək.

"Report" xəbər verir ki, əməkdar artist, tarzən Əliağa Sədiyevin “Vətənin sevməyən insan olmaz” layihəsi çərçivəsində baş tutacaq konsertdə xalq mahnıları və muğamlar səsləndiriləcək.

Xanəndələri “Xarı bülbül” muğam qrupu müşayiət edəcək.

Qeyd edək ki, tanınmış xanəndələrin iştirakı ilə “Vətənin sevməyən insan olmaz” konsert layihəsi dekabrın 30-dək davam edəcək. Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi