Güllü Muradova konsert verib

Güllü Muradova konsert verib Xanəndə 4 muğam, xalq mahnıları və təsnifləri, həmçinin bəstəkar mahnıları ifa edib
İncəsənət
22 Dekabr , 2014 11:50
Güllü Muradova konsert verib

Bakı. 22 dekabr. REPORT.AZ/ Beynəlxalq Muğam Mərkəzində "Axşamüstü Qarabağdan" layihəsi çərçivəsində xanəndə Güllü Muradovanın solo-konsert proqramı keçirilib.

"Report" xəbər verir ki, muğam konsertində gənc xanəndənin müəllimi Sabir Abdullayev, xalq artisti Alim Qasımov, Arif Babayev, Mənsum İbrahimov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, xalq artisti Şeyx Əbdül Mahmudbəyov, şair Baba Vəziroğlu və Güllü Muradovanın həmkarları, gənc xanəndələr iştirak edib.

Konsertdə xanəndə 4 muğam, xalq mahnıları və təsnifləri, həmçinin bəstəkar mahnıları ifa edib.

Muğam konsertində Güllü Muradova İ.Nəsiminin "Həqq mənəm, həqq məndədir" qəzəlinə muğam da ifa edib. Konsertin aparıcısı əməkdar artist Azad Şükürov olub.

Son xəbərlər

Orphus sistemi