Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanın xalq artisti, müğənni Gülağa Məmmədovun 90 illik yubiley tədbiri keçiriləcək.
Bu barədə "Report"a Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasından məlumat verilib.
Noyabrın 18-də Filarmoniyanın səhnəsində keçiriləcək yubiley tədbirində Gülağa Məmmədovun yaxınları, ailə üzvləri, dostları iştirak edəcək.
Yubiley gecəsində Gülağa Məmmədovun reperuarında olan mahnılar səsləndiriləcək.