Yuxarı

Görkəmli rejissorun vəziyyəti stabilləşir

Eldar Aleksandroviç danışmağa başlayıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Görkəmli rus rejissoru, SSRİ Xalq artisti Eldar Ryazanovun vəziyyəti stabilləşir.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən ilin noyabrından xəstəxanaya yerləşdirilən Eldar Ryazanovun vəziyyəti yaxşıdır. Baxmayaraq ki, rejissor hələ də reanimasiyada saxlanılır.

Rejissorun ailə üzvləri bununla bağlı mətbuata açıqlama da veriblər: "Yaxşı xəbərlər var. Eldar Aleksandroviç danışmağa başlayıb. Reanimasiyada olsa da, ailə üzvlərini yanına buraxırlar. Onunla görüşüb, söhbət edə bilmişik".

Xatırladaq ki, 87 yaşlı kinorejissor Eldar Ryazanov beyin qan dövranının kəskin pozulması nəticəsində xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi