Yuxarı

"Ginnesin Rekordlar Kitabı"na düşən 97 yaşlı aktyor vəfat edib

Radu Beliqan ürək tutmasından dünyasını dəyişib

Bakı. 21 iyul. REPORT.AZ/ Adı "Ginnesin Rekordlar Kitabı"na düşən qocaman aktyor Radu Beliqan vəfat edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, rumıniyalı aktyor Radu Beliqan 97 yaşında ürəktutmasından dünyasını dəyişib.

Ömrünün son günlərinədək səhnədə olan aktyor 1937-ci ildən teatr səhnəsində çalışır. İlk dəfə "Cinayət və cəza" tamaşasında səhnəyə çıxan aktyor yaradıcılığı boyunca 80 tamaşada və 30-dan filmdə maraqlı obrazlar yaradıb.

2013-cü ildə aktyorun adı "dünyanın ən qocaman professional aktyoru" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb. Baxmayaraq ki, Radu Beliqan Rusiyanın görkəmli teatr və kino aktyoru Vladimir Zeldindən kiçikdir.

Xatırladaq ki, ötən il 100 illik yubileyini qeyd edən Vladimir Zeldin hələ də səhnəyə çıxır və səhhəti də, qaydasındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi