“Gəncliyin səsi” festivalı keçiriləcək

“Gəncliyin səsi” festivalı keçiriləcək Festival fevralın 2-də və 6-da keçiriləcək
İncəsənət
1 Fevral , 2017 11:57
“Gəncliyin səsi” festivalı keçiriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 fevral - Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fevralın 2-də və 6-da keçiriləcək festival çərçivəsində Prezident təqaüdçülərinin konsertlərinin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Festival tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi, Sabirabad rayon Mədəniyyət Mərkəzində də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi