Yuxarı

Gənc Tamaşaçılar Teatrında “Ağ ölüm” tamaşası nümayiş etdiriləcək

Səhnə əsəri 2 fevral - Gənclər günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə göstəriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin “Ağ ölüm” tamaşası göstəriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı GTT-nın mətbuat xidməti yayıb. 

Səhnə əsəri 2 fevral - Gənclər günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə nümayiş etdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq V.Siqarevin “Şeytan ailəsi” adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaq.

Qeyd edək ki, bu gün dünyanı narahat edən əsas problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi