Yuxarı
    Bağlamaq

    ​Gəncədə meksikalı rəssamın sərgisi açılıb

    Sərginin Mingəçevir, Qəbələ və Şamaxıda da keçirilməsi planlaşdırılır

    Bakı. 1 iyun. REPORT.AZ/ Gəncə şəhərində Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə meksikalı rəssam Marqarita Moralesin əsərlərinin sərgisi açılıb.

    Səfirlikdən “Report”a verilən məlumata görə, diplomatik nümayəndəlik tərəfindən mədəni tədbirlər çərçivəsində ölkənin Mingəçevir, Qəbələ, Şamaxı kimi bu və digər şəhər və rayonlarında bu cür sərgilər keçiriləcək.

    Məhsəti Gəncəvi Mərkəzində keçirilən bu tədbir, səfirlik tərəfindən paytaxtın hüdudlarından kənarda qeyd olunan ilk mərasimdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi