Gəncədə 143-cü teatr mövsümünün rəsmi açılışı keçiriləcək

Gəncədə 143-cü teatr mövsümünün rəsmi açılışı keçiriləcək Gəncə Dövlət Dram Teatrı mövsümü Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinin premyerası ilə açacaq
İncəsənət
3 Sentyabr , 2015 12:01
Gəncədə 143-cü teatr mövsümünün rəsmi açılışı keçiriləcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan milli peşəkar teatrının 143-cü mövsümünün açılışı sentyabrın 14-də Gəncədə keçiriləcək.

"Report" xəbər verir ki, Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da yaxından iştirakı ilə təşkil olunacaq təntənəli mərasimdə rəsmilər, tanınmış incəsənət xadimləri, respublikada fəaliyyət göstərən teatrların rəhbərləri qatılacaq.

Mövsümün rəsmi açılışına həsr olunmuş mərasimdən sonra Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlananan eyniadlı tamaşanın premyerası olacaq.

Teatrın baş rejissoru İradə Gözəlovanın quruluş verdiyi tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Ramiz Vəliyev, Faiq Qasımov və digər aktyorlar ifa edir. Xatırladaq ki, son illər yeni teatr mövsümünün açılış mərasimləri paytaxt Bakı ilə yanaşı, digər şəhərlərdə də keçirilir.

2011-ci ildə 139-cu teatr mövsümünün rəsmi açılışı Mingəçevirdə, 2014-cü ildə 142-ci mövsümün açılışı isə Şəkidə təşkil olunub. 

Son xəbərlər

Orphus sistemi