Bakı. 20 iyun. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrı mövsümü Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası ilə başa vuracaq.
Teatrdan "Report"a verilən xəbərə görə, 2015-ci ilin mövsümü iyulun 15-də sona çatır.
Gəncə Teatrının kollektivi yay istirahətinə gedir və bu yay qastrol səfərinə çıxmayacaq. Teatr yeni mövsümü sentyabrda "Dəli yığıncağı" tamaşası ilə açacaq.