Gəncə Dövlət Kukla Teatrında “Pinokkionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib

Gəncə Dövlət Kukla Teatrında “Pinokkionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib Tamaşada canlı aktyor oyunu ilə kukla aktyorların sintezi yaradılıb
İncəsənət
3 Fevral , 2016 17:56
Gəncə Dövlət Kukla Teatrında “Pinokkionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Gəncə Dövlət Kukla Teatrında italyan yazıçı Karlo Kollodinin “Pinokkionun sərgüzəştləri” tamaşasının premyerası keçirilib.

"Report" xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Xudayət Əsgərov, quruluçu rəssamı teatrın baş rəssamı Əntiqə Bədirova, rəssamı Sara Məmmədovadır.

Pinokkio obrazını aktyor Elmar Vəliyev, Cepetto ata obrazını isə aktyor Səməd Xanəhmədov oynayıb. Əməkdar artist Nağəddin Məmmədov, aktrisa Nahidə Namazova, Yeganə Məmmədova, Nərmin Şərifova da tamaşada rol alıb.

Səhnə əsərində canlı aktyor oyunu ilə kukla aktyorların sintezi yaradılıb. Tamaşada rəngarəng işıq effektlərindən və musiqilərdən istifadə olunub.

Tamaşa fevralın 16-da yenidən təqdim ediləcək.  

Son xəbərlər

Orphus sistemi