Yuxarı

Gəncə Dövlət Dram Teatrı “Dəli yığıncağı” tamaşasını Bakıda nümayiş etdirəcək

Tamaşa Rus Dram Teatrında oynanılacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Gəncə Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gəlir. Teatr Bakı tamaşaçıları üçün Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasını nümayiş etdirəcək.

“Report” xəbər verir ki, tamaşa dekabrın 15-də S.Vurğun adına Rus Dram Teatrında oynanılacaq.

Qeyd edək ki, əsərə Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova quruluş verib.

Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Elxan Abbasov, Ramiz Vəliyev, aktyorlar Salam İsmayılov, Sevda Orucova, Vasif İsmayılov və başqaları ifa edir.

Tamaşanın rəssamı Elnur Axundovdur.

Xatırladaq ki, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri 1927-ci ildə yazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi