Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb

Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb Mükafatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi təqdim edib
İncəsənət
5 Fevral , 2015 16:32
Gənc Tamaşaçılar Teatrının aktyorları mükafatlandırılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində (MİHİRK) Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib.

"Report" xəbər verir ki, MİHİRK-nin sədri Cəmilə Səttarovanın rəhbərliyi ilə baş tutan görüşdə əməkdar artistlər Almaz Mustafayeva, Atabala Səfərov, aktyor Məhərrəm Musayev və teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədov iştirak edib.

Görüşdə teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb. Tədbirin sonunda tanınmış aktyorlar milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatındakı fəal iştirakına görə və doğum günləri münasibətilə fəxri fərmanlarla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi