Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir Qastrol səfəri mayın 28-dən – iyunun 2-dək davam edəcək
İncəsənət
30 Aprel , 2016 07:01
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Birləşmiş Krallığa gedir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı may ayı üçün növbəti – dördüncü Beynəlxalq səfərinə hazırlaşır. May ayının 28-dən – iyun ayının 2-dək davam edəcək qastrol səfəri Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutacaq.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə keçiriləcək qastrol səfərində dahi dramaturq M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası nümayiş etdiriləcək.

2009-cu ildə xalq artisti Cənnət Səlimovanın səhnələşdirdiyi tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Natiq Fərzəliyev, İlham Əsədov, Elnur Kərimov, Elşən Hacıbabayev, Kərəm Hadızadə, Eşqin Quliyev, Aydın Dəmirov iştirak edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək səfərə kollektiv teatrın direktoru, əməkdar artist Mübariz Həmidov başda olmaqla may ayının 28-də yola düşəcək.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin teatr sektorunun müdiri Naidə İsmayılzadə rəhbərlik edəcək. 

Son xəbərlər

Orphus sistemi