Yuxarı

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq jurnalda dərc olunub

Jurnalda ASSİTEJ-ə üzv olan dünyanın 108 ölkəsinin teatr xəbərləri dərc edilir

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının üzv olduğu Beynəlxalq ASSİTEJ-in iyun ayı üçün növbəti xəbərlər bülleteninin elektron versiyası işıq üzü görüb.

Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iyun ayında həyata keçirdiyi layihələr və beynəlxalq teatr festivallarında iştirak etməsi barədə məlumatlar ASSİTEJ-in xəbərlər kitabında çap olunub.

Elektron jurnalda Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyətinin may ayının sonlarında iştirak etdiyi Rusiya Federasiyası Orenburq vilayətində keçirilmiş “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalı və Böyük Britaniyada fəaliyyət göstərən “UMUD Ltd Company” şirkətinin dəvəti ilə iştirak etdiyi qastrol səfəri haqqında ətraflı məlumat yer alıb.

Aylıq jurnalda həmçinin, Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktrisası Asya Atakişiyevanın cari ilin iyun ayının 1-dən – 28-dək Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi yay məktəbində iştirakı qeyd olunub.

Jurnalda son olaraq cari ilin iyun ayında teatrın ənənəvi olaraq Azərbaycanın bölgələrinə qastrol səfəri haqqında qeyd olunub.

Bu elektron jurnalda Beynəlxalq ASSİTEJ-ə üzv olan dünyanın 108 aparıcı ölkəsinin teatr xəbərləri dərc edilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi