Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrının direktoru “Səməd Vurğun" mükafatına layiq görülüb

    Xalq şairi Səməd Vurğunun ev-muzeyində “Səməd Vurğun mükafatının təqdimat mərasimi keçirilib

    Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanın xalq şairi Səməd Vurğunun ev-muzeyində “Səməd Vurğun" mükafatının təqdim olunması mərasimi keçirilib. 

    "Report" xəbər verir ki, mərasimdə ədəbiyyat və mədəniyyət xadimləri, incəsənət ustaları, ədəbiyyatsevərlər iştirak edib.

    Səməd Vurğunun şəxsiyyəti və yaradıcılığına olan tükənməz sevgisinə, şairin ev-muzeyində keçirilən tədbirlərə dəstəyinə görə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov, şairin irsinin təbliği sahəsindəki əvəzsiz xidmətlərinə görə teatrın baş redaktoru, əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova "Səməd Vurğun" mükafatına layiq görülüb.

    Qeyd edək ki, "Səməd Vurğun" mükafatının təsis edilməsində məqsəd ədəbi irsimizin öyrənilməsi, Azərbaycanın ədəbiyyat tarixinin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi