Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrının baş rejissoru beynəlxalq festivalda münsif üzvü olacaq

    Festival Taldıkorqan şəhərində keçiriləcək

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov “Avrasiyanın ürəyi – Qazaxıstan” Mərkəzi Asiya ölkələrinin VI Beynəlxalq Teatr Festivalına dəvət alıb.

    Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, baş rejissor festivalda münsiflər heyətinin üzvü olacaq. 

    Oktyabrın 23-dən 28-dək davam edəcək festivala B.Osmanovu Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi dəvət edib. Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə keçiriləcək festival Taldıkorqan şəhərində baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi