Yuxarı

Gənc Tamaşaçılar Teatrında "Qohumlar" tamaşasının premyerası keçirilib

Tamaşadan əvvəl teatın foyesində gənc rəssamların əl işlərindən ibarət sərginin açılışı olub

Bakı. 13 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin səhnə üçün işlədikləri "Qohumlar" adlı müziklın premyerası keçirilib.

"Report" xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın foyesində “Rənglər, duyğular, düşüncələr” adlı rəsm sərgisinin açılışı olub.

Gənc Tamaşaçılar Teatrının gənc rəssamları Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı, Dövlət Rəsm Qalereyasının 5 rəssamının əl işlərinin təqdim olunduğu sərginin açılışında Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və teatrın kollektivi iştirak edib.

Sərginin rəsmi açılşı və əsərlərlə tanışlıqdan sonra "Qohumlar" tamaşasının ilk nümayişi olub.

Tamaşanı Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev hazırlayıb.

Səhnə əsərinin quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Kalmıkiya Dövlət Filarmoniyasının baş direktoru Arkadi Mandjiyev, rəqslərin quruluşçu Vüsal Mehrəliyev, rejissoru Elşən Zeynallı, rejissor assistenti Günay Qasımovadır.

İkihissəli müziklda xalq artisti Yasin Qarayev, əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, Naibə Allahverdiyeva, Nübar Novruzova, Qurban İsmayılov, Lətifə Əliyeva, Almaz Mustafayeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Simuzər Ağakişiyeva, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Anar Seyfullayev, Vahid Orucoğlu, Mirzəağa Mirzəyev, Elşən Çarhanlı, Elnur Hüseynov, Vüsal Mehrəliyev, Elnur Kərimov, İlham Əsədov, Yasəmən Məmmədova, Dilarə Fərəcullayeva, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edib.

Əsərin müəlliflərindən biri olan yazıçı Əli Əmirli qeyd edib ki, müziklın tamaşaçıların xoşuna gələcəyinə ümid edir.

Yazıçı bildirib ki, son dövrlər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Kalmıkıya Milli Dram Teatrı arasında yaradıcılıq əlaqələri güclənib: "Bu tamaşa da dostluğun bir nümunəsidir. Mənə də bu əsərin üzərində işləmək nəsib oldu. Mənə təklif oldu, məmnuniyyətlə razılıq verdim. Əsər maraqlı, etnoqrafikdir və Kalmık xalqının adət-ənənələri ilə bağlıdır. "Qohumlar" çox şən və şux ovqat bəxş edən tamaşadır. Musiqilər, rəqslər var. İnanıram ki, tamaşaçılar xoş ovqatlı əsəri bəyənəcəklər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi