Gənc Tamaşaçılar Teatrında "Qoğal" tamaşası nümayiş etdiriləcək

Gənc Tamaşaçılar Teatrında "Qoğal" tamaşası nümayiş etdiriləcək Elşad Rəhimzadənin səhnələşdirdiyi tamaşa mayın 31-də və iyunun 1-də təqdim olunacaq
İncəsənət
23 May , 2016 17:12
Gənc Tamaşaçılar Teatrında Qoğal tamaşası nümayiş etdiriləcək

Bakı. 23 may. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında rus xalq nağılının motivləri əsasında səhnələşdirilən “Qoğal” adlı nağıl tamaşası nümayiş etdiriləcək. 

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumata görə, Elşad Rəhimzadənin səhnələşdirdiyi tamaşa mayın 31-də və iyunun 1-də təqdim olunacaq.

Tamaşanın səhnə tərtibatı Dilarə Əliyevaya, musiqisi Cahangir Zülfüqarova, mahnılarının sözləri isə Fikrət Musayevə məxsusdur.

Qeyd edək ki, "Musiqili Uşaq Teatrı" Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir. Teatr Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Artıq 2 ildir ki, fəaliyyət göstərən teatrın rəhbəri Elşad Rəhimzadədir. İki il ərzində teatrda 3 tamaşa (“Bremen musiqiçiləri”, “Cırtdanın nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” ) səhnələşdirilib. 

Son xəbərlər

Orphus sistemi