Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrında premyera olacaq

    Martın 18-də Möcüzəli turp nümayiş etdiriləcək

    Bakı. 14 mart. REPORT.AZ/ Martın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Möcüzəli turp" uşaq tamaşasının premyerası olacaq.

    "Report" xəbər verir ki, tamaşa rus xalq nağılının motivləri əsasında hazırlanıb.

    Məktəblilər və azyaşlı izləyicilər üçün nəzərdə tutulmuş yeni səhnə əsərinin quruluşçu rejissoru Elşən Zeynallıdır.

    Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayeva, rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur.

    Tamaşada əməkdar artistlər Ədalət Əbdülsəmədov, Qəmər Məmmədova, aktyorlar Zümrüd Quliyeva, Elnur Hüseynov, Sevinc Mehrəliyeva və başqaları iştirak edəcək.

    Qeyd edək ki, bu tamaşa, rejissor Elşən Zeynallının Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi ilk əsərdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi