Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar nümayiş etdiriləcək

Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar nümayiş etdiriləcək Tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq
İncəsənət
19 Aprel , 2016 17:03
Gənc Tamaşaçılar Teatrında maraqlı tamaşalar nümayiş etdiriləcək

Bakı.19 aprel. REPORT.AZ/ Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu və Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində maraqlı tamaşalar təqdim edəcək.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, aprelin 22-dən 24-dək teatrda “Ağ ölüm” (V.Siqarev), “Əlibaba və qırx quldur” (ərəb xalq nağılı), “Hasarın o üzü” (Ə.Əmirli), “Yatmış gözəl” (B.Marvin), “Mənim ağ göyərçinim” (T.Vəliyeva) tamaşaları nümayiş etdiriləcək.

Aprelin 24-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində isə R.Rza “Ana qaz”, L.Nuren “Mən gəldim qızlar” (“Müharibə”), “III Riçard” (U.Şekspir), “Şeyx Sənan” (H.Cavid) tamaşaları təqdim ediləcək.

Tamaşalar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.

Səhnə əsərlərinin ingilis dilində tərcüməsi səhnədə quraşdırılmış subtitrlər (qaçan sətirlər) vasitəsilə ötürüləcək. Bu da xarici qonaqlara tamaşaları daha rahat şəkildə izləmək imkanı yaradacaq. 

Son xəbərlər

Orphus sistemi