Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının məşqləri başlayıb

Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının məşqləri başlayıb Səhnə əsərinin premyerası payız aylarında olacaq
İncəsənət
16 İyun , 2016 13:58
Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının məşqləri başlayıb

Bakı. 16 iyun. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri başlayıb. 

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Teatrdan bildirilib ki, Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi əməkdar artist Nicat Kazımovdur.

Quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçsı Həmid Kazımzadə olan yeni səhnə əsərində tryukların quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assisenti Günay Qasımovadır.

Yeni tamaşada obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Nicat Kazimov, Nofəl Vəliyev, Elşən Rüstəmov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Günel Məmmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Bəhram Həsənov, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Çarhanlı, Nuriyyə Əliyeva, Şəbnəm Hüseynova, Könül Əbilova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Kərəm Hadızadə, Elnur Hüseynov, Rasim Cəfərov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Müşfiq Əliyev, Vüqar Məmmədəliyev, Vüsal Mehrəliyev, Anar Səfiyev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Gülbəniz Mustafayeva, Zemfira Əbdülsəmədova, Elnur Əliyev, Eşqin Quliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev, Aygün Fətullayeva, Nuranə Hüseynova, Feyruz Məmmədov ifa edəcək.

İlk dəfə dramatik janrda hazırlanacaq yeni səhnə əsərinin premyerasının 89-cu teatr mövsümünün əvvəllərində - payızda təqdim olunması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi