Gənc Tamaşaçılar Teatrında “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq Proqram Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunacaq
İncəsənət
1 Mart , 2017 17:23
Gənc Tamaşaçılar Teatrında “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq

Bakı. 1 mart. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında martın 8-də Beynəlxalq Qadınlar Günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram keçiriləcək. 

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib. 

İnformasiyaya görə, doqquzuncu ildir 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaqla, həmin gün onları məişət problemlərindən uzaqlaşdırmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.

Şou-proqramda xanımlar üçün teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədovun və dəvət olunan qonaqların ifasında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən hazırlanan maraqlı səhnəciklər və parodiyalar təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi