Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrında həftəsonu 7 tamaşa nümayiş olunacaq

    Biletləri mərkəzləşdirilmiş kassalardan və Asan xidmət mərkəzlərindən əldə etmək mümkündür

    Bakı. 19 yanvar. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında həftəsonu 7 tamaşa nümayiş olunacaq.

    Teatrdan "Report"a verilən məlumata görə, 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası yanvarın 20-də saat 15:00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş olunacaq.

    Yanvarın 21-də saat 12:00 və 14:00-da uşaqlar üçün Ş.Perronun “Çəkməli pişik”, saat 19:00-da İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşaları göstəriləcək.

    Yanvarın 22-də saat 12:00 və 14:00-da A.Şaiqin “Tıq-tıq xanım”, saat 19:00-da böyüklər üçün Ə.Haqverdiyevin “Pəri Cadu” tamaşası nümayiş etdiriləcək.

    Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" mərkəzlərindən əldə etmək mümkündür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi