Yuxarı

Gənc Tamaşaçılar Teatrı “Dovşanın ad günü” tamaşasını yenidən repertuara daxil edəcək

Tanmaşa Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanır

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqləri gedir.

"Report" xəbər verir ki, uzun illər teatrda nümayiş olunan tamaşalardan biri olan “Dovşanın ad günü” yenidən repertuara daxil ediləcək.

Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanacaq tamaşanın quruluşçu rejissoru xalq artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir.

Tamaşada mərhum bəstəkar, xalq artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunacaq.

Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Zülfiyyə Alhüseynova, Mehriban Hüseynova, Nuriyyə Əliyeva, Eyvaz İbrahimov, Ramil Məmmədov, Ceyhun Məmmədov, Xaliq Bəkirov, Elnur Hüseynov, Elnur Əliyev, Vüsal Mehrəliyev, Yusif Dadaşov canlandıracaq.

Qeyd edək ki, yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyinə həsr olunan tamaşa 2016-cı ilin yanvarın sonunda məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi