Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrında aprel döyüşlərinə həsr olunan tamaşa hazırlanır

    Səhnə əsəri şəhid Samir Kaçayevin xatirəsinə həsr olunub

    Bakı. 17 yanvar. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında Yefim Abramov və Leyla Bəyimin “Yarımçıq qalmış...” (Xəyalpərvər oğlan”) əsəri əsasında hazırlanan tamaşanın məşqləri başlayıb.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səhnə əsəri 2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Kaçayevin xatirəsinə həsr olunub.

    Tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirovdur.

    Səhnə əsərində əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Səbinə Məmmədova, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi