Gənc Tamaşaçılar Teatrına Kalmıkiyadan qonaqlar gəlib

Gənc Tamaşaçılar Teatrına Kalmıkiyadan qonaqlar gəlib Kalmık Teatrının rəhbərliyi iyulun 9-da "Qohumlar"əsərinə tamaşa edəcək
İncəsənət
4 İyul , 2016 18:15
Gənc Tamaşaçılar Teatrına  Kalmıkiyadan qonaqlar gəlib

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına Rusiyadan qonaqlar gəlib.

Bu barədə "Report"a teatrdan məlumat verilib.

Bildirilib ki, Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının baş direktoru, Kalmıkiya Respublikasının əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi Qalina Şurayeva və Krasnoyarsk vilayətinin Sosial siyasət naziri Qalina Kovalyeva bir neçə gün ərzində Bakının qonağı olacaq.

Bakının gəzməli, görməli yerləri ilə daha yaxından tanış olmaq imkanı əldə edəcək qonaqlar həmçinin, gələcək yaradıcılıq planları haqqında müzakirələr edəcək. 

Ötən ay premyerası həyata keçirilmiş “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq hazırlanıb.

Qalina Şurayeva layihənin Kalmıkiya Teatrı tərəfindən həmsədri olaraq hazırlanan yeni tamaşaya baxmaq imkanı əldə edəcək. Belə ki, Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiya Respublikasının əməkdar incəsənət xadimi Boris Mandjiyevin quruluşunda hazırlanan səhnə əsəri iyul ayının 9-da saat 19.00-da qonaqlara təqdim olunacaq.

İki hissəli müziklda əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Ramil Məmmədov, Vahid Orucoğlu, Elnur Hüseynov, İlham Əsədov, Zemfira Əbdülsəmədova, Sona Babayeva, Məsumə Babayeva, Məhərrəm Musayev, Rəzzaq Məmmədov, Ələsgər Qurbanəliyev, Bəxtiyar Kərimov, Vüqar Məmmədəliyev, Elnur Əliyev, Elgün Yəhyayev, Bəhram Həsənov, Eşqin Quliyev, Aydın Dəmirov, Ceyhun Məmmədov və Yusif Dadaşov iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi