Gənc Tamaşaçılar Teatrı Şamaxıda tamaşa nümayiş etdiriləcək

Gənc Tamaşaçılar Teatrı Şamaxıda tamaşa nümayiş etdiriləcək Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur
İncəsənət
8 Aprel , 2015 16:14
Gənc Tamaşaçılar Teatrı Şamaxıda tamaşa nümayiş etdiriləcək

Bakı. 8 aprel. REPORT.AZ/ Aprelin 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti Şamaxı rayonuna səfər edərək, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının kollektivi ilə görüşəcək.

Bu barədə “Report”a teatrın mətbuat xidmətindən məlumat verilib.

Yaradıcı heyət teatrın cari repertuarında olan maraqlı, günün aktual problemlərini əks etdirən yazıçı-dramaturq Əli Əmirlinin “Hasarın o üzü” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə rayon ictimaiyyəti qarşısında çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir.

“Hasarın o üzü” tamaşasında əsas obrazları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova və Səbinə Məmmədova ifa edəcək.

Tamaşa bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, maraqlı süjetli səhnə versiyası olaraq düşünülüb. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Son xəbərlər

Orphus sistemi