Gənc Tamaşaçılar Teatrı repertuarında dəyişiklik edib

Gənc Tamaşaçılar Teatrı repertuarında dəyişiklik edib "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası "Xeyir və Şər"lə əvəz edilib
İncəsənət
20 May , 2015 16:15
Gənc Tamaşaçılar Teatrı repertuarında dəyişiklik edib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 19-da Bakıda baş vermiş yanğınla bağlı repertuarında dəyişiklik edib.

Bu barədə "Report"a GTT-nın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyeva açıqlama verib.

Onun sözlərinə görə, bu gün teatrda M.F.Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyası nümayiş edilməli idi: "Bakıda səfərdə olan Şri-Lankanın mədəniyyət naziri tamaşaya baxmağa dəvət edilib. Lakin Bakıda mayın 19-da baş verən yanğın hadisəsində həlak olanların xatirəsinə Gənc Tamaşaçılar Teatrının repertuarında dəyişiklik edilib. Teatr Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşasını nümayiş etdirəcək. Şri-Lankanın mədəniyyət naziri tamaşaya baxacaq".  

"Xeyir və Şər" tamaşasından əvvəl yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Mayın 19-da Bakının Binəqədi rayonunun "Azadlıq" prospektindəki 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib, 50 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi