Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır “Məlikməmməd və sehrli almalar”…balacaların görüşünə gəlir
İncəsənət
12 Mart , 2015 19:35
Gənc Tamaşaçılar Teatrı premyeraya hazırlaşır

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Novruz bayramı ərəfəsində daha bir premyeranı balaca tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, yeni tamaşa Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında səhnələşdirilmiş "Məlikməmməd və sehrli almalar" adlanır.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elnur Babayev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində rolları Asya Atakişiyeva, Günel Məmmədova, Roza İbadova, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Səbinə Məmmədova, Araz Pirimov, Bəhram Həsənov, Müşfiq Əliyev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Rasim Cəfərov, Ramil Məmmədov, Vahid Orucoğlu, Eşqin Quliyev, Anar Seyfullayev, Yusif Dadaşov, Xəyal Salahov ifa edəcək.

Tamaşa martın 14-ü saat 12.00 və 14.00-də nümayiş ediləcək.

Son xəbərlər

Orphus sistemi