Gənc Tamaşaçılar Teatrı "Müharibə" tamaşasını təqdim edəcək

Gənc Tamaşaçılar Teatrı "Müharibə" tamaşasını təqdim edəcək Tamaşa faşizm üzərində qələbənin 70 illiyi münasibətilə göstəriləcək
İncəsənət
8 May , 2015 09:01
Gənc Tamaşaçılar Teatrı Müharibə tamaşasını təqdim edəcək

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı faşizm üzərində qələbənin 70 illiyi münasibətilə mayın 9-da "Müharibə" tamaşasını təqdim edəcək. "Report" xəbər verir ki, səhnə əsəri İsveç dramaturqu Lars Nurenin "Müharibə" əsəri əsasında hazırlanıb.

Teatrın baş rejissoru, Azərbaycanın əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşa başlamamışdan əvvəl veteranlar və qonaqlar ikinci dünya müharibəsi, o dövrün hadisələri haqda çıxış edəcəklər. 

Sonra Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanmış “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası nümayiş etdiriləcək. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova oynayacaq. 

Son xəbərlər

Orphus sistemi