Gənc Tamaşaçılar Teatrı məktəblilərin tətili zamanı hər gün tamaşa nümayiş etdirəcək

Gənc Tamaşaçılar Teatrı məktəblilərin tətili zamanı hər gün tamaşa nümayiş etdirəcək Tamaşalar noyabrın 11-dən 22-dək təqdim ediləcək
İncəsənət
11 Noyabr , 2015 15:14
Gənc Tamaşaçılar Teatrı məktəblilərin tətili zamanı hər gün tamaşa nümayiş etdirəcək

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı məktəblilərin payız tətili günlərində maraqlı tamaşalar nümayiş etdirəcək.

"Report" xəbər verir ki, payız tətili ərəfəsində və tətil günlərində teatr orta məktəblərdə tədris olunan klassik və müasir dramaturgiya nümunələrinə geniş yer verəcək.

Noyabrın 11-dən  22-dək teatr hər gün olmaqla məktəblilər üçün “Hekayəti xırs quldurbasan” (M.F.Axundzadə), “Dəcəl keçi” (P.Nurəliyeva), “Çəkməli pişik” (Ş.Perro), “Çirkin ördək balası” (H.K.Andersen), “Qoğalın nağılı” (Xalq nağılı), “Biri vardı, biri yox” (Ə.Ol), “Qaraca qız” (S.S.Axundov, A.Şaiq), “Danışan gəlincik” (A.Şaiq), “Balaca və damda yaşayan Karlson” (A.Lindqren) tamaşalarını təqdim edəcək.

Axşam tamaşaçıları bu ərəfədə “Ağ ölüm” (V.Siqarev), “Hasarın o üzü” (Ə.Əmirli), “Romeo və Culyetta” (U.Şekspir), “Xortdanın cəhənnəm məktubları” (Ə.Haqverdiyev) kimi maraqlı tamaşaları seyr edə biləcək. 

Son xəbərlər

Orphus sistemi