Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrı Konya Teatr Festivalına dəvət alıb

    Festival aprelin 20-dən 30-dək davam edəcək

    Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə keçiriləcək.

    Dövlət Gənc Tamaşaçılar Teatrı festivalın münsiflər heyətinə repertuarda olan iki tamaşa - Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” (“Müharibə” haqda məlumat göndərib. Münsiflər heyətinin seçdiyi tamaşa festivalda nümayiş etdiriləcək.

    Qeyd edək ki, hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar. Festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi