Gənc Tamaşaçılar Teatrı Kalmıkiya Respublikasına qastrol səfəri edəcək

Gənc Tamaşaçılar Teatrı Kalmıkiya Respublikasına qastrol səfəri edəcək Qastrol səfəri oktyabrın 26-30-da baş tutacaq
İncəsənət
3 Sentyabr , 2015 20:48
Gənc Tamaşaçılar Teatrı Kalmıkiya Respublikasına qastrol səfəri edəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasında imzalanmış ikitərəfli müqavilənin bəndlərinə uyğun olaraq yaradıcılıq əlaqələri davam edir.

"Report" xəbər verir ki, Kalmık Milli Dram Teatrının yaradıcı heyəti oktyabr ayının əvvəllərində A.S.Puşkinin "Золотая рыбка" ("Qızıl balıq") və Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşaları ilə Bakıda çıxış edəcək.

Qeyd edək ki, Ə.Əmirlinin "Любящая женщина" ("Sevən qadın") tamaşasına Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov Kalmık Milli Dram Teatrında quruluş verib. 

Öz növbəsində, Gənc Tamaşaçılar Teatrı oktyabrın 26-dan 30-dək Kalmıkiyaya qastrol səfəri edəcək. Səfər çərçivəsində teatrın yaradıcı heyəti repertuarında olan iki maraqlı tamaşa ilə sözügedən teatrın səhnəsində çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi