Yuxarı

Gənc Tamaşaçılar Teatrı İrana qastrol səfərinə gedir

Səfər çərçivəsində Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı İrana qastrol səfərinə gedəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, səfər 2016-cı ilin yanvar ayında baş tutacaq. 

Məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi olan və İranın şimal-qərbində yerləşən Urmiya şəhərinin Mədəniyyət İdarəsindən teatra gələn dəvət məktubuna əsasən baş tutacaq qastrol səfəri çərçivəsində “Bir səbət tənhalıq” tamaşası nümayiş etdiriləcək.

2014-cü ildə yazıçı-dramaturq Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanan və teatrın kiçik səhnəsində nümayiş etdirilən tamaşa ötən il Türkiyənin Dənizli bölgəsində keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edərək mükafata layiq görülüb.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.

Fiziki qüsurlu gənc qız və bəxtsiz cavandan bəhs edən tamaşada rolları Güşvər Şərifova və Eşqin Quliyev canlandırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi