Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək

Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından və "Asan Xidmət" filiallarından əldə etmək mümkündür
İncəsənət
21 Noyabr , 2017 20:29
Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək
Report.az

Bakı. 21 noyabr. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollektiv noyabın 24-də saat 15:00-da  M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini, saat 19:00-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcək.

Həftənin şənbə günü noyabrın 25-də saat 19:00-da Y.Abramov. L.Bəyimin “Yarımçıq qalmış”, noyabrın 26-da saat 19:00-da isə Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları təqdim ediləcək.

Məktəblilər noyabrın 25-də saat 12:00 və 14:00-da A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, noyabrın 26-da saat 12:00 və 14:00-da A.Tolstoyun “Buratinonun macəraları” tamaşalarını seyr edəcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları - əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Hüseynov, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və başqaları ifa edəcəklər.

Gündüz tamaşaları 5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz) və "Asan Xidmət" filiallarından əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi