Yuxarı

Gənc Tamaşaçılar Teatrı bölgələrə qastrol səfərinə gedir

Qastrol səfəri iyulun 4-dən 8-dək davam edəcək

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi bölgələrə qastrol səfərinə gedir.

"Report" xəbər verir ki, yaradıcı heyət Azərbaycan Milli dramaturgiyasının banisi, böyük mütəfəkkir, görkəmli dramaturq və ictimai xadim M.F.Axundovun "Hekayəti-Xırs-Quldurbasan" tamaşası ilə 2015-ci il iyul ayının 4-dən 8-dək Şəmkir, Samux, Göygöl, Daşkəsən, Tovuz və Ağstafa rayonlarında çıxış edəcək.

Teatrdan bildirilib ki, 87-ci mövsüm Dövlət Gənc Tamaşaçılar Teatrı üçün yeni səhnə əsərləri, beynəlxalq festivalları, qarşılıqlı yaradıcılıq mübadilələri baxımdan olduqca uğurlu olub.

Teatr mövsüm ərzində bir sıra beynəlxalq festivallarda iştirak edib, 4 uşaq, 5 böyük olmaqla ümumilikdə 9 yeni səhnə əsərini tamaşaçılara təqdim edib. 

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 87-ci mövsümə Ağstafa rayonunda yekun vuracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi